Fev 18, 2019 13:06 Asia/Baku
  • General Baqiri: Düşmənin qorxaq hərəkətləri cavabsız qalmayacaq
    General Baqiri: Düşmənin qorxaq hərəkətləri cavabsız qalmayacaq

İranın silahlı qüvvələrinin baş qərargah rəisi Sistan və Bəluçestandakı terror aktına toxunaraq deyib: Düşmənlərin qorxaq hərəkətləri cavabsız qalmayacaq.

İRNA-nın verdiyi məlumata görə, General leytenant Məhəmməd Baqiri bu gün terrorçu "Ceyşül-Ədl" terror qruplaşmasının Pakistanda yerləşdiyini, orada təlimat keçirdiyi və Səudiyyə və BƏƏ-nin pulu ilə təchizatlandığını bildirərək deyib: Bu zalım hərəkətlər İran xalqının qəzəb alovundan qurtara bilməyəcək. 

General Baqiri kimsənin İrana qarşı təcavüz və təhdidə cürət etmədiyini bildirərək deyib: Zalımlar özlərinin regiondakı əlaltılarından və bəzi irticaçı hökmranlardan istifadə edərək İrana təzyiq buraxmaq istəyirlər ancaq nakam qalacaqlar. 

İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İran xalqının müxtəlif hədə-qorxulara qarşı müqavimət göstərəcəyini bildirərək deyib: Xalq 22 bəhmən yürüşlərində iştirak ilə düşmənlərə möhkəm cavab vermiş oldu. 

13 fevralda Sistan və Bəluçestanda yerləşən Xaş-Zahidan şosse yolunda sərhədçiləri daşıyan bir avtobusa hücum nəticəsində 27 sərhədçi şəhid oldu 13 nəfər yaralandı. 

Özünü "Ceyşül-Ədl" adlandıran ancaq əslində Ceyşül-zülm olan terrorçu qruplaşma bu hücumun məsuliyyətini öz üzərinə götürdü.