Fev 19, 2019 22:02 Asia/Baku
  • Laricani: İran Çinlə əlaqələri genişləndirməyə hazırdır
    Laricani: İran Çinlə əlaqələri genişləndirməyə hazırdır

İran İslam Şurası Məclisinin sədri Çin parlametinin sədri ilə görüşdə iki ölkə arasındakı dostluq əlaqələrini vurğulayıb və belə deyib: Biz müxtəlif sahələrdə Çinlə əlaqələri genişləndirməyə hazırıq.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani Çin parlamentinin layiqincə qarşılama mərasiminə görə, təşəkkür edib. Bildirib ki, iki ölkə və iki xalqın əlaqələri daim dostluq əsasında olubdur.

Laricani Çinə səfərdə məqsədi, iki ölkə həmkarlıqlarının genişləndirilməsi adlandırıb və deyib ki, İran Çinlə müxtəlif sahələrdə əlaqələri gücləndirməyə hazırdır.

Çin parlamentinin sədri Li Tszyan Su da iki ölkənin qədim əlaqələrini vurğulayaraq, deyib: İki min il boyunca iki ölkə arasında əlaqələrdə heç vaxt qarşıdurma və ixtilaf mövcud olmayıbdır.

Teqlər