Fev 20, 2019 13:52 Asia/Baku
  • İradələr savaşında Amerika uduzubdur
    İradələr savaşında Amerika uduzubdur

İran prezidenti deyib ki, iradələr savaşında Amerika uduzubdur.

Həsən Ruhani nazirlər kabinetinin iclasında Amerikanın xüsusən siyasi sahədə İrana qarşı fitnələrindəki ardıcıl məğlubiyyətlərinə toxunaraq, əlavə edib: Bu gün İranla Amerika arasında maksimum mübarizə gedir, yəni Amerika maksimum bacarığından İran xalqına qarşı istifadə edir və İran xalqı da maksimum iradə, ümid və etimadından bəhrələnir.

O, deyib: Bəlkə də belə bir şərait keçmişdə çox az yaranmış olsun.

Ruhani əlavə edib: Bu gün elə bir şəraitdəyik ki, iradələr savaşı öz nəticəsini göstərir və biz böyük İran xalqının iradəsinin qalib gələcəyinə heç bir tərəddüd etmirik.

Prezident Ruhani belə qeyd edib: Amerikalılar Varşava konfransında da məğlubiyyətə uğradılar. Onlar öncədən bildirdilər ki, bu konfrans İrana qarşıdır, lakin təzyiqlərin göstərilməsindən sonra iclasdan öncə bunu deməyə məcbur oldular ki; “bizim mövzumuz İran deyil və biz sülh, təhlükəsizlik və kütləvi qırğın silahları barədə danışmaq və bəhs etmək istəyirik”.  

Maraqlı cəhətlərdən biri, Varşava iclasının Soçi konfransı ilə bir zamana düşməsi idi. Varşavada o biabırçı və uğursuz konfrans keçirilən gün, bu regionun İran, Rusiya və Türkiyə kimi üç mühüm ölkəsinin dövlət başçıları səviyyəsində Soçidə tamamilə uğurlu və ahəngdar bir konfrans keçirildi.

Ruhani deyib: Əməl mövqeyində amerikalılar BMT Təhülkəsizlik Şurasının iclasında bir qrupun nüvə anlaşması ilə müxalifət etməsi və amerikalılarla yanaşı olması üçün əllərindən gələni etdilər, amma Təhülkəsizlik Şurasının digər on dörd üzvü Amerikaya qarşı çıxdı və bu, Təhülkəsizlik Şurasında Amerika üçün biabırçı bir məğlubiyyət oldu ki, bəlkə də keçmişdə belə bir hadisə az baş veribdir.

Prezidetn deyib: Varşavada o biabırçı və uğursuz konfransın keçirildiyi kimi, bu regionun üç mühüm ölkəsinn dövlət başçıları səviyyəsində Soçidə tamamilə uğurlu və ahəngdar bir konfrans keçirildi.