Fev 22, 2019 15:54 Asia/Baku
  • İnqilab Rəhbəri Ayətullah Momen-in vəfatı ilə bağlı başsağlığı veriblər

İslam İnqilabının Böyük Rəhbəri bir müraciət verərək, böyük din xadimi, təqvalı fəqih Ayətullah Hac Şeyx Mohəmməd Momen-in vəfat etməsi münasibətilə başsağlığı veriblər.

Həzrət Ayətullahuluzma Xamenei bu müraciətdə bildiriblər: Böyük din alimi və təqvalı fəqih Ayətullah Hac Şeyx Mohəmməd Momen Qominin vəfatı dini elmlər hövzəsi üçün bir itkidir. Bu böyük din aliminin sədaqəti və təqvasının kənarında onun böyük şagirdlər yetişdirməsi, elmi dərəcəsi, eləcə də inqilabi və ictimai məsuliyyətliliyi və sədaqəti, ondan əhatəli bir şəxsiyyət yaratmışdı.

Bu müraciətdə deyilir: Ayətullah Hac Şeyx Mohəmməd Momen-in mübarizə keçmişi inqilabdan öncəyə qayıdır və onun inqilabi xidmətləri bütün qırx il ərzində ardıcıl şəkildə davam edib və müxtəlif və ardıcıl dövrlərdə möhtərəm Nigəhban Şurasının dayaqlarından biri olubdur.

Rəhbərlik Xobreqanı Məclisi və Əsas Qanun üzrə Nigəhban Şuranın üzvü Ayətullah Mohəmməd Momen uzun sürən ağır xəstəlikdən sonra dünən gecə haqqın dəvətinə ləbbeyk deyərək, dünyasını dəyişdi.

Teqlər