Fev 23, 2019 10:44 Asia/Baku
  • Qəribabadi: İranın nüvə anlaşmasına sadiq qaldığı 14-cü dəfə təsdiq edildi
    Qəribabadi: İranın nüvə anlaşmasına sadiq qaldığı 14-cü dəfə təsdiq edildi

İranın Vyanada beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi və səfiri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 14-cü dəfə olaraq İranın nüvə anlaşmasına sadiq qaldığını təsdiq etməsindən xəbər verib.

Fars xəbər agentliyinin məlumatına görə, Kazım Qəribabadi cümə günü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun İranın nüvə anlaşması qarşısında öhdəliklərinə əməl etməsinə dair 14-cü hesabatının yayılmasının ardınca dedi: Bu hesabatda ötən hesabatda olduğu kimi nüvə anlaşmasının 2016-cı ilin yanvar ayında qüvvəyə mindiyi zamandan agentliyin İranın öz öhdəliklərinə necə əməl etməsinə dair müşahidələri və təftişlərini davam etdirdiyi bildirilir. İran ilə düşmən olan tərəflərin agentliyin və dünya ictimaiyyətinin diqqətini yayındırmaq üzrə səylərinə baxmayaraq, İran və agentlik arasındakı əməkdaşlıqlar konstruktiv formada davam edir. 

İranın Vyanadakı beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi verdiyi açıqlamada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tərəfsizliyini qoruması məsələsinə də təkid edərək, bəzi tərəflərin siyasi məqsədlərlə agentliyə təzyiq göstərməsini qınayıb. 

Qəribabadi İranın nüvə anlaşması qarşısında məsuliyyətli rəftara malik olduğunu vurğulayaraq, əlavə edib: Nüvə anlaşmasında qalan ölkələr İranın bu anlaşmadan faydalana bilməsi üçün praktiki addımlar atmalıdırlar.