Fev 24, 2019 14:25 Asia/Baku
  • Sepah amerikalıların iddiasını cavablandırdı
    Sepah amerikalıların iddiasını cavablandırdı

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin komandanı deyib ki, Sepah-ın amerikan pilotsuzların sisteminə daxil olması onların İrana qüsurlu raket detallarının göndərilməsinə dair iddialarına bir cavab idi.

Bu sözləri müxbirlər qarşısında söyləyən briqada generalı pasdar Əmirəli Hacızadə vurğulayıb: Bu addımla Sepah amerikalılara göstərdi ki, onlar heç vaxt öz anti-İran hədəflərinə çatmayacaqlar.

Nyu-York Tayms qəzeti son zamanlar bir reportajda ABŞ dövlətinin İranın raket sənayesində təxribatçılıq üzrə gizli planını ifşa etmişdi.

Həmin planda məqsəd, İranın hava-kosmos sənayesinin təminat dövriyyəsinə nöqsanlı detalların daxil olmasıdır.

General Hacızadə Sepah-ın region olaylarındakı roluna da toxunub: Amerikalılar bildirdilər ki, İraqda müharibə uzun sürəcək, amma İslam İnqilabı Keşikçiləri Korpusunun ciddi-cəhdi ilə bu savaş üç ilədək azaldı.

Teqlər