Fev 25, 2019 20:42 Asia/Baku
  • İnqilab Rəhbəri: İslam İnqilabı irəliləyəcək
    İnqilab Rəhbəri: İslam İnqilabı irəliləyəcək

İslam İnqilabının Böyük Rəhbəri ölkə rəsmilərinə "hövsələsizlik" və "ümidsizlik" kimi hislərdən uzaq olmaqlarını tövsiyə edərək, İslam İnqilabının irəliyə doğru hərəkətini davam etdirəcəyini deyiblər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xameneinin irsini mühafizə ofisinin verdiyi məlumata görə, İnqilab Rəhbəri bazar günü səhər xaric fiqh dərsinin əvvəlində İmam Sadiqdən(ə) nəql edilən "işlərin nəticəsinə fikirləşmək və işləri həvəslə görümək" barədə hədisi şərh edərkən deyiblər: Gördüyünüz kimi 22 bəhməndə Allahın lütfü ilə ölkədə necə böyük bir hadisə yaşandı. İnqilab budur. İnqilab hərəkət etməkdədir. İnqilab irəliləməkdədir."

Həzrət Ayətullah Xamenei əlavə ediblər: Bu xalq və əziz imamın əzəmətli hərəkətindən 40 il keçir. Hər şey unudulmuş olmalı idi. Amma, xalq bu hadisə ilə elə rəftar edir ki, sanki hər şey dünən baş verib.

İnqilab Rəhbəri xatırladıblar: Düşmənin təhdidlərinin çox olmasına görə, xalq məsuliyyət hiss etdi. İşlər irəliyə doğru hərəkət edir. Buna görə də ən yüksək səviyyəli rəsmilərdən tutmuş ən kiçik rəsmilərə kimi hamı "hövsələsizlik" və bu kimi hissləri özündən uzaqlaşdırmalıdır.

Teqlər