Fev 27, 2019 15:27 Asia/Baku
  • İran və Ermənistan arasında 2 əməkdaşlıq sənədi imzalandı
    İran və Ermənistan arasında 2 əməkdaşlıq sənədi imzalandı

İran İslam Respublikası prezidenti və Ermənistanın baş nazirinin iştirakı ilə iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında birgə əməkdaşlığa dair 2 sənəd imzalandı.

İran İslam Respublikası Prezident Administrasiyasının informasiya portalının bildirdiyinə görə, İranın Milli Standart Təşkilatı ilə Ermənistanın İqtisadi İnkişaf və Sərmayəqoyuluşu Nazirliyi arasında anlaşma sənədi imzalanıb. Həmçinin, İranın azad sənaye və ticarət zonaları ali şurası ilə Ermənistanın İqtisadi İnkişaf və Sərmayə Qoyuluşu Nazirliyi arasında əməkdaşlıq sənədi imzalanıb.

Ermənistanın baş naziri Nikol Paşinyan İran rəsmiləri ilə görüşüb, danışıqlar aparmaq üçün bu gün Tehrana səfər edib və İran İslam Respublikası prezidenti H əsən ruhani tərəfindən rəsmən qarşılanıb.

Teqlər