Mart 03, 2019 12:44 Asia/Baku
  • Qasemi:  İranın üçlü adalara hakimiyyət hüququ qətidir
    Qasemi: İranın üçlü adalara hakimiyyət hüququ qətidir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İranın Əbu Musa, Böyük və Kiçik Tonb kimi üçlü adalara hakimiyyət hüququnun qəti olduğunu vurğulayıb. O, deyib: İran İslam Respublikası özünün bu tarixi və qəti haqqından heç vaxt və azacıq da olsa belə, geri çəkilməyəcəkdir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi dünən gecə İslam Əməkdaşlıq Təşkilatının Əbu-Dəbidə keçirilən xarici işlər nazirləri iclasının sonuncu günündə baş vermiş hadisələri şərh edib. O, deyib: Bir qayda olaraq, sənədlərin araşdırılaraq qəbul edildiyi iclasın sonuncu günündə əmirliklərin xarici işlər naziri "Əbu-Dəbi bəyanatı" adlı bir mətn təqdim edib. O, digər iştirakçı heyətlərin nəzər və baxışlarını öyrənmədən bu mətni iclasın yekun bəyanatı kimi təqdim edərək, qəbul etdirmək niyyətində olubdur.

Qasemi bildirib ki, iclasın bu idarəolunma tərzi dərhal İran və Pakistan heyətlərinin etirazlarına səbəb olubdur.

O, əlavə edib: İran heyətinin və bəzi digər heyətlərin etirazlarına rəğmən, əmirliklərin xarici işlər naziri ev sahibliyi şəraitindən sui-istifadə edib. O, bütün tanınmış qaydalara zidd bir hərəkətdə və etirazlara məhəl qoymadan öz istəklərini iclasa qəbul etdirmək niyyətində olub və öz təsəvvürünə görə, bu qətnaməni qəbul olunmuş yekun mətn elan edibdir.

 

Teqlər