Mart 05, 2019 10:09 Asia/Baku
  • Nüvə anlaşması üzrə birgə komissiyanın iclası keçiriləcək- çərşənbə günü
    Nüvə anlaşması üzrə birgə komissiyanın iclası keçiriləcək- çərşənbə günü

Sabah Avstriyanın paytaxtı Vyanada İran və 4+1 qrupu ölkələri olan Almaniya, İngiltərə, Fransa, Rusiya və Çinin siyasi müdirləri və xarici işlər nazirləri müavinləri səviyyəsində nüvə anlaşması üzrə birgə komissiyanın iclası keçiriləcək.

İclasa Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin baş katibi Helqa Şmidt sədrlik edəcək. İranlı heyətə İran xarici işlər nazirinin siyasi müavini Seyid Abbas İraqçı başçılıq edir.

İran və Avropa İttifaqı Amerikanın nüvə anlaşmasından çıxmasından sonra İranın bu anlaşmadan olan iqtisadi maraqlarının təmin edilməsi üçün sıx danışıqlar aparıblar. Nəhayət üç Avropa ölkəsi- Almaniya, İngiltərə, Fransanın xarici işlər nazirləri bu il yanvarın 31-də bildirdilər ki, “İran-Avropa Ticarət Mübadilələrinə Dəstək Mexanizmi” İNSTEKS(INSTEX) adı altında İran-Avropa xüsusi ödəniş kanalı rəsmi qeydiyyata alınıbdır.

Bu mexanizm ilk addımda qida maddələri və dərmana şamil olan əsas əmtəə mallarını əhatə edəcək və tədricən onun əhatə dairəsi genişlənəcəkdir.

 

Teqlər