Mart 07, 2019 10:57 Asia/Baku
  • Əli Laricani - İran İslam Şurası Məclisinin sədri
    Əli Laricani - İran İslam Şurası Məclisinin sədri

İran İslam Şurası Məclisinin sədri terrorizm ilə mübarizənin genişləndirilməli olduğuna təkid etdi və dedi: Regionun problemlərindən biri terrorçulardır.

İRNA-nın məlumatına görə, Əli Laricani çərşənbə günü Türkiyənin İrandakı yeni səfiri Dərya Urs ilə görüşdə İran xalqının Türkiyə ilə bağlı müsbət baxışa malik olduğunu dedi: Bu baxış Suriya məsələləri ilə bağlı  İran, Türkiyə və Rusiya arasındakı əməkdaşlıqların ardınca daha da yaxşılaşıb. 

Laricani İran və Türkiyə arasındakı əlaqələrin səviyyəsinin daha da artırılmasına təkid etdi və dedi: İki ölkə arasında bank əməkdaşlıqlarında problemlər var. Bu problemlər öz həllini tapmalıdır. Əks halda, bu vəziyyət iki ölkə arasında qaçaqmalçılığın artmasına səbəb olur. 

Türkiyənin İrandakı səfiri Dərya Urs da bu görüşdə qaçaqmalçılığın iki ölkə sərhədlərində təhlükəsizliyə zərbə vurduğunu dedi: İran və Türkiyənin yüksək səviyyəli nümayəndə heyətləri müzakirələr yolu ilə iki ölkə sərhədlərində təhlükəsizliyi təmin etmək istəyirlər. 

Teqlər