Mart 09, 2019 17:11 Asia/Baku
  • Sərdar Mömini: İran 2018-ci ildə 806 ton narkotik maddə aşkar edib
    Sərdar Mömini: İran 2018-ci ildə 806 ton narkotik maddə aşkar edib

İranın Narkotiklərlə Mübarizə Qərargahının baş katibi: 2018-cii ldə İranda 806 ton narkotik vasitə aşkar və zəbt edilib.

İRNA-nın məlumatına görə, general İsgəndər Mömini Rusiyanın Şərqşünaslıq İnstitutu və Beynəlxalq Əlaqələr Şurasının üzvləri qarşısında etdiyi çıxışda dedi: BMT-nin narkotiklər və mütəşəkkil cinayətlər ilə mübarizə ofisinin hesabatlarına əsasən dünyada kəşf edilən tiryəkin 76%-i İranın payına düşür. Morfi və heroin üzrə isə İranın payı müvafiq olaraq 67 və 17 faizdir. 

İranın Narkotiklərlə Mübarizə İdarəsinin baş katibi həmçinin dedi: İran narkotik vasitələrin tranzit edilməsini önləmək üçün sərhədlərinin bağlanılması istiqamətində hər il təqribən bir milyon dollar vəsait xərcləyir. Və indiyə kimi İranın hüquq mühafizə qüvvələri narkotik vasitələrin qaçaq edilməsi ilə mübarizədə 3811 şəhid verib. 

General Mömini əlavə etdi: İranın narkotiklərlə mübarizə sahəsindəki təsirli addımları nəticəsində narkotik maddələrin tranzit yolu qurudan su yoluna dəyişib. 

Teqlər