Mart 11, 2019 12:58 Asia/Baku
  • İran prezidenti Bağdada daxil oldu

İran İslam Respublikası prezidenti yüksək səviyyəli siyasi-iqtisadi heyətin başında İraqın paytaxtı Bağdada daxil oldu.

İRNA-nın məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani İraq prezidenti Bərhəm Saleh və baş nazir Adil Əbdülmehdinin rəsmi dəvətiilə İraqa səfər edib. Səfər 3 gün sürəcək. 

İran İslam Respublikası prezidentinin rəsmi qarşılanması mərasimi İraqın prezident sarayı olan "Salam Sarayı"nda prezident Bərhəm Salehin iştirakı ilə keçiriləcək. 

İran prezidentinin İraqa olan səfəri çərçivəsində iki ölkə arasında önəmli əməkdaşlıq sənədləri imzalanmalıdır. 

Teqlər