Mart 12, 2019 12:39 Asia/Baku
  • İran və Avropa nümayəndələri bu gün Tehranda INSTEX haqda müzakirə edəcəklər
    İran və Avropa nümayəndələri bu gün Tehranda INSTEX haqda müzakirə edəcəklər

Tehran bu gün İranın ekspert heyətinin Fransa, Almaniya, İngiltərə və Avropa Birliyi nümayəndələrilə "İran və Avropa Ticarət Mübadilələrinə Dəstək Mexanizmi"-İNSTEKS(INSTEX)-in tez bir zamanda həyata keçirilməsi barədəki müzakirələrinin yeni dövrünə eh sahibliyi edəcək.

Bu iclasda "İran və Avropa Ticarət Mübadilələrinə Dəstək Mexanizmi"-İNSTEKS-in son durumu, iqtisadi və ticari fəalların bu mexanizmdən istifadə tərzi və bu proseslə bağlı digər mövzuluar İran nümayəndələri və avropalı tərəfin siyasi və iqtisadi sektorlarının nümayəndələrinin, eləcə də bazar ertəsi günü Tehrana səfər etmiş İNSTEKS-in direktorunun iştirakı ilə araşdırılacaq.

Fransanın Tehrandakı səfirliyi dünən gecə "İran və Avropa Ticarət Mübadilələrinə Dəstək Mexanizmi"-İNSTEKS-in direktorunun İrana səfər etdiyini bildirərək, Pyer Fişerin Fransa, Almaniya və İngiltərənin Tehrandakı nümayəndəliklərinin sədrləri görüşündən xəbər verib.

Avropa aylar sonra ötən ay rəsmən İranla xüsusi ticarət kanalı- İNSTEKS-in işə salındığını elan etdi.

İNSTEKS(INSTEX), Instrument in Support of Trade Exchanges-in qısaldılmış forması olaraq, "ticarət mübadilələrinə dəstək vasitəsi" mənasını verir.

Teqlər