Mart 13, 2019 14:30 Asia/Baku
  • İran İslam Respublikası prezidenti Ayətullah Sistani ilə görüşdü
    İran İslam Respublikası prezidenti Ayətullah Sistani ilə görüşdü

İran İslam Respublikası prezidenti Nəcəf şəhərində İraq şiələrinin təqlid mərcəyi Ayətullah Əli Sistani ilə görüşüb, danışıqlar aparıb.

İRNA-nın məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü səhər Nəcəf şəhərində şiələrin birinci imamı İmam Əlinin(ə) məqbərəsini ziyarət etdikdən sonra Ayətullah Sistani ilə görüşüb, danışıqlar aparıb.

İran İslam Respublikası prezidenti bazar ertəsi günü üç günlük rəsmi səfər məqsədilə bağdada səfər etdi. Həsən ruhani Bağdadda olduğu iki gün ərzində bu ölkə rəsmiləri, ziyalıları və tanınmış simaları ilə görüşüb, danışıqlar aparıb.

İran və İraq rəsmiləri müxtəlif sahələrlə bağlı sıx müzakirələr apararaq, 5 əməkdaşlıq sənədi imzalayıblar.

Teqlər