Mart 14, 2019 09:27 Asia/Baku
  • Tehran-Bakı həmkarlıqlarının genişləndirilməsi vurğulanıb

İranın iqtisadiyyat və maliyyə naziri Azərbaycan Respublikası ilə həmkarlıqların genişləndirilməsini istəyib.

İranın iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd bu gün səhər tezdən Bakıya daxil olarkən İranın qonşu ölkələrlə əlaqələrin qurulması və gücləndirilməsinə dair xarici diplomatiyasına toxunaraq bildirib ki, İranın Azərbaycan Respublikası ilə əlaqələri tarixi və yaxşı əlaqələrdir.

Dejpəsənd Bakıda İran və Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının 13-cü iclasının keçirilməsi haqda belə əlavə edib: Bu gün başlanacaq bu ikigünlük iclasda Azərbaycan Respublikasının yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi aparılacaq və qərar çıxarılacaqdır.

Azərbaycan Respublikası ilə su, elektrik və dəmiryolu sahələrində əməkdaşlıq, ölkədən kənar əkin, turizm, pul və maliyyə sahələrində ikitərəfli həmkarlıqların genişləndirilməsini vurğulayan İranın iqtisadiyyat və maliyyə naziri ümid etdiyini bildirib ki, bu səfər Tehran-Bakı əlaqələrinin inkişafı üçün münasib zəmin olmu olacaq.

 

 

Teqlər