Mart 17, 2019 12:43 Asia/Baku
  • Zərif: Hələbçə və Sərdəşt faciəsi unudulmayacaq
    Zərif: Hələbçə və Sərdəşt faciəsi unudulmayacaq

İran İslam Respublikasının xarici işlər naziri Səddamın İraq Kürdüstanında kimyəvi silahdan istifadə etməsinin ildönümü münasibətilə dedi: Hələbçə və Sərdəşt facisəi unudulmayacaq.

İran sərhədlərinə yaxın ərazidə yerləşən İraqın Hələbçə şəhəri 15 mart 1988-ciildə İraq ordusunun kimyəvi bombalarının hədəfinə çevrildi. Bu hadisədə təqribən 5 min nəfər həlak oldu. 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif şənbə günü öz şəxsi Tvitter hesabında paylaşdığı yazıdı İraqın Bəəs rejiminin Hələbçəni kimyəvi silahlardan istifadə edərək, hədəfə almasının Qərb dövlətləri tərəfindən inkar olunmasına işarə edərək, bildirib: Onlar ilk başda İranı müqəssir qələmə verdilər. Amma, daha sonra bu hücumun onların verdikləri silahlardan istifadə etməklə müttəfiqləri tərəfindən törədildiyi aydınlaşdığı zaman, sükut etdilər. 

İranın xarici işlər naziri əlavə etdi: Qərb Hələbçə və Sərdəşt faciəsinin ötən 31 ildə unudulmuş olmasını istəsə də, amma, nə İran xalqı, nə də onun kürd qardaşları bunu unutmayacaqlar. 

Teqlər