Mart 17, 2019 18:54 Asia/Baku
  • General Baqiri xarici qüvvələrin Suriyadan çıxmasına təkid etdi
    General Baqiri xarici qüvvələrin Suriyadan çıxmasına təkid etdi

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Suriya dövlətinin icazəsi olmadan bu ölkəyə daxil olan xarici qüvvələrin Suriya ərazisini tərk etməli olduqlarını dedi.

İRİB-nin bildirdiyinə görə, general-mayor Məhəmməd Baqiri Dəməşqə olan səfəri zamanı dedi: Suriya hökumətinin ahəngdarlığı olmadan bu ölkəyə daxil olan xarici qüvvələrin Suriyadan çıxması məsələsi İran, Suriya və İraq arasında baş tutacaq üçtərəfli görüşdə müzakirə olunacaq.

General-mayor Məhəmməd Baqiri Suriyaya səfər etməkdə məqsədinin üçtərəfli İran, Suriya və İraq iclasında iştirak etməkdir. Bu iclasda regionda terrorçu qruplar ilə mübarizənin davam etdirilməsi və bu istiqamətdə daha artıq ahəngdarlığın yaradılması məsələləri müzakirə ediləcək. 

General-mayor Baqiri həmçinin dedi: Suriya və İraqın hərbi rəsmiləri ilə görüşlərdə İranın bu iki ölkənin silahlı qüvvələri ilə əməkdaşlıqlarına dair də fikir mübadiləsi aparılacaq.

Teqlər