Mart 19, 2019 13:12 Asia/Baku
  • İranın bir ticarət gəmisi qərq olub

İranın Şəhid Rəcayi limanını platformalarından birində İranın bir ticarət gəmisi qərq olub.

İranın yol və şəhərsalma nazirliyinin ictimai əlaqələr şöbəsi bu gün bir bəyanatda bildirib ki, 138 konteynerə malik olan bu gəmi özünün sonuncu konteynerini boşaldarkən müvazinətini itirərək, qərq olubdur.

Bu məlumatda əlavə edilir ki, həmin hadisədə gəminin ekipaj üzvlərindən biri yaralanıb. Yerdə qalan ekipaj üzvləri salamatdırlar.