Mart 19, 2019 20:47 Asia/Baku
  • Zərif və Lavrov Venesuelanın vəziyyətini araşdırıblar

İran İslam Respublikası və Rusiyanın xarici işlər nazirləri bu gün bir telefon söhbətində son Venesuela olayları ətrafında fikir mübadiləsi aparıblar.

İranlı tərəfin təşəbbüsü ilə həyata keçirilən bu telefon danışığında Məhəmməd Cavad Zərif və Sergey Lavrov Karakasdakı durumu araşdırıblar.

İran İslam Respublikası və Rusiyanın xarici işlər nazirləri bu söhbətdə razılığa gəliblər ki, iqtisadi və ictimai məsələlərin həlli, sülhün bərqərarı və müştərək anlaşmaya nail olmaq üçün Venesueladakı durumun yaxşılaşdırılmasına kömək etməkdən ötrü beynəlxalq səylərə yardım etsinlər.

Məhəmməd Cavad Zərif və Sergey Lavrov həmçinin bu telefon danışığında ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparıblar.