Mart 20, 2019 09:47 Asia/Baku
  • Qasemi: Sionistlər İrana qarşı gündəlik şəkildə yalanlar söyləməyə adət ediblər

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü dünən gecə sionist rejimin bu rejim başçılarının cib telefonlarının İran tərəfindən hak edilməsinə dair iddiasını rədd edib. Bildirib ki, sionistlər İrana qarşı gündəlik şəkildə yalanlar söyləməyə və günahı İranın boynuna atmağa adət ediblər.

Bəhram Qasemi deyib: Sionistlər və amerikanlar düşmənçilik və küdurət üzündən, həmçinin iranofobiyanı yaymaqla, onların özlərinin təbirincə desək, müxtəlif yollarla İrana qarşı maksimum təzyiq tətbiq etmək niyyətindədirlər.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin Avstraliya parlamenti sistemlərinin hak edilməsində İranın rolunun olması barədəki iddianı rədd edərək, bildirib ki, şübhəsiz, bu yalan da İranın texnologiya sahəsindəki qanuni qabiliyyətləri əleyhinə aparılan elə həmin psixoloji savaşın digər bir hissəsidir.

Bir amerikan tədqiqat şirkəti son zamanlar iddia edibdir ki, İranda yerləşən hakerlər Avstraliya parlamentinin sistemlərini hak ediblər.