Mart 20, 2019 12:36 Asia/Baku
  • Tehrandan sionistlərə xəbərdarlıq: Müdafiə haqqından istifadədə tərəddüd etməyəcəyik!

İranın BMT-dəki nümayəndəliyi sionist rejimin son neft hədəsinə cavab olaraq xəbərdarlıq edib ki, İran İslam Respublikası özünümüdafiə haqqından istifadədə tərəddüd etməyəcəkdir!

Sionist rejimin baş naziri Benyamin Netanyahu son zamanlar gülünc bir ifadədə İranın neft ixracatını “neft qaçağı” adlandırıb. O, üstüörtülü şəkildə İran tankerlərini hədələyərək, deyib ki, sionist rejimin dəniz qüvvələri lazım gələrsə, İranın neft qaçağının qarşısını ala bilərlər.

İranın BMT-dəki nümayəndəliyi dünən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına ünvanladığı məktubda Netanyahunun bu sözlərini gücdən istifadə üçün aşkar bir təhdid, həmçinin BMT Əsasnaməsinin ikinci maddəsinin aşkar şəkildə pozulması və bu təşkilatın hədəfləri ilə təzadlı adlandırıb. Bildirib ki, sionist rejimin azad beynəlxalq ticarət və nəqliyyata qarşı təhdidləri və məsuliyyətsiz ifadələri kəskin tərzdə pislənilməli və qarşısı alınmalıdır.

İranın BMT-dəki nümayəndəliyi bu təşkilatın Təhlükəsizlik Şurasından istəyibdir ki, sionist rejimin ciddi təhdidlərinin qarşısını alaraq, beynəlxalq sülh və təhlükəsizliyi təhlükə qarşısında qoyan bütün qeyri-düzgün hərəkətlərinə görə, bu rejimi cavabdeh etsin.

İranın BMT-dəki nümayəndəliyi vurğulayıb: İran beynəlxalq qanunlara əsasən, özünümüdafiə üzrə təbii haqqından istifadədə Birləşmiş Millətlər Təşkilatı Əsasnaməsinin əlli birinci maddəsinə uyğun şəkildə əsla tərəddüd etməyəcəkdir.

İranın BMT-dəki nümayəndəliyi həmçinin bu məktubun Təhlükəsizlik Şurasının sənədi kimi qeydə alınmasını istəyib.