Mart 21, 2019 09:50 Asia/Baku
  • Zərif: İran xalqı Amerikanın qeyri-insani sanksiyalarına qalib gələcək

İranın xarici işlər naziri İranda yeni ilin başlanmasına toxunaraq deyib: Amerikanın İran xalqının məişətini məhv etmək üçün intibah dövrünə bənzər taktikalarına baxmayaraq İran xalqı tam ümid hissi ilə yaşayır.

İİR XİN başçısı Məhəmməd Cavad Zərif dünən gecə özünün Tvitter səhifəsində Novruz bayramını İran və dünya xalqlarına təbrik edərək yazıb: İran xalqı Amerikada ardıcıl olaraq 7 prezidentə iranlıların nəinki çətinliklərə qarşı müqavimət göstərdiklərini hətta bu çətinliklərə özünü bərpa etmək və irəliləmək üçün bir fürsət kimi baxdığını göstərdi. 

Zərif iranlıların yeni ildə yumşaq iqtisadiyyatın mükafatını görəcəyini bildirərək yazıb: İranın ortaqlarının əməkdaşlığı ilə ABŞ dövlətinin İran xalqının ətrafında yaratmağa cəhd göstərdiyi qeyri-insani divar dağılacaq.

İranın xarici işlər naziri problemlərə qalib gəlməkdə İran xalqının öz qabiliyyətlərinə sövkənməsini vurğulayaraq bildirib ki, İran İslam Respublikası Amerikanın quldurluğundan bezən ölkələrlə konstruktiv əməkdaşlıqların inkişaf etdirilməsini müsbət qarşılayır. 

Zərif iranlıların qürürla bir çox təcavüzkarları arxada qoyduqlarını bildirərək xatırladıb ki, İran xalqı daima regional və beynəlxalq çaxnaşmaları məhdudlaşdırmağa üstünlük verdiyini və dialoq və konstruktiv iştirakın tərəfdarı olduğunu nümayiş etdirib.