Mart 21, 2019 10:38 Asia/Baku
  • İran və Azərbaycan Respublikası sərhədçiləri Novruzu birgə qeyd ediblər

Yeni il və Novruz bayarmı mərasimləri bu gün İran İslam Respublikası və Azərbaycan Respublikası səhədçilərinin komandanları, sərhəd rayonların yerli hakimiyyət nümayəndələri və yerli tayfaların ağsaqqallarının iştirakı ilə Biləsuvar sərhəd terminalında keçirilib.

İRNA-nın verdiyi məlumata görə, İİR nizam-intizam qüvvələrinin sərhəd qoşunlarının komandanı General Leytenant Qasım Rzayi bu mərasimdə etdiyi çıxışında deyib: İki ölkə sərhədçiləri arasında müştərək Novruz şənliyinin keçirilməsi İran ilə Azərbaycan Respublikası arasında dərin mədəni köklərin, sülh, dostluq və əməkdaşlığın olduğunu göstərir. 

General Rzayi deyib: İran İslam Respublikası və Azərbaycan Respublikası uzun sərhədlərə, qədim tarixi və dini əlaqə və ortaqlıqlara malikdirlər və yeni ilin təhvili və Novruz bayramı şənliyinin birgə keçirilməsi dünya üçün böyük mesaja malikdir və iki qonşu xalq arasında qarşılıqlı əməkdaşlıq və dostluğun sarsılmaz və əbədi olduğunu göstərir. 

Azərbaycan Respublikasının sərhəd qoşunlarının komandanı Elçin Quliyev də bu Novruz tədbirində deyib: İran və Azərbaycan xalqları ortaq mədəni köklərə və adət-ənənələrə malikdirlər və bu kimi müştərək tədbirlərin keçirilməsi iki ölkənin biri-birinə daha da yaxınlaşmasına öz töhfəsini verəcəkdir. 

Azərbaycan Respublikasının sərhəd qoşunları komandanı deyib: Müştərək Novruz ənənəsini yaşatmaq üçün keçirilən tədbir qonşular arasında yaxşı və səmimi münasibətlərin uğurlu göstəricisi olaraq başqa ölkələr tərəfindən də nümunə götürülə bilər.

Novruz bayramı 12 ölkədə qeyd olunur. İran, Azərbaycan Respublikası, Türkmənistan, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan,Əfqanıstan və Albaniyanın rəsmi təqvimində Novruz bayramı adı ilə qeyri-iş günudur. 

300 milyon insan Novruz bayramını qeyd edir.