Mart 21, 2019 13:56 Asia/Baku
  • İran prezidenti yeni il münasibətilə İslam İnqilabının Böyük Rəhbərini təbrik edib

İran prezidenti İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei ilə telefon söhbətində 1398-ci günəş ilinin başlanması münasibətilə o həzrəti təbrik edib.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün bu telefon söhbətində möminlər ağası, Əmirəlmominin Əli(ə)-ın mövludunun ildönümü günü və yeni ili təbrik deyib, İslam İnqilabının Böyük Rəhbərinə sağlamlıq və uzun ömür arzu edərək, vurğulayıb: İran dövləti bütün gücü və imkanları ilə xalqa xidmət göstərmək ardınca olub və bu yolu və öz vəzifələrini yeni ildə də yeni proqram və qərarlarla qüvvətlə davam etdirəcəkdir.

İslam İnqilabının Böyük Rəhbəri də bu söhbətdə bu günlər və yeni il münasibətilə prezidenti və İran xalqı kimi böyük bir ailəni təbrik edərək, dövlətin ölkəyə və İran xalqına xidmət sahəsində daha artıq uğur qazanmasını arzu ediblər.

Ruhani həmçinin böyük təqlid mərcələri ilə ayrı-ayrı telefon söhbətlərində onları Əmirəlmominin Əli(ə)-ın mövludunun ildönümü günü münasibətilə təbrik edərək, böyük təqlid mərcələrinin İran dövlətinin proqramlarına diqqət yetirdikləri və dəstək verdiklərinə görə təşəkür edibdir.

Böyük təqlid mərcələri də yeni il münasibətilə prezidenti təbrik ediblər. Onlar ötən ildəki zəhmət və xidmətlərinə görə İran dövlətinə təşəkkür edərək, xalqa, xüsusən məhrum və iqtisadi cəhətdən kövrək təbəqələrə xidmət yolunda dövlətə uğurlar diləyiblər.

 

Teqlər