Mart 29, 2019 08:45 Asia/Baku
  • Zərif ABŞ və sionist rejimin işğalçılıqları haqda xəbərdarlıq edib
    Zərif ABŞ və sionist rejimin işğalçılıqları haqda xəbərdarlıq edib

İranın xarici işlər naziri ərəblərə xəbərdarlıq edib ki, nə qədər müti olduğunuzu bildirsəniz də Amerika və sionist rejim sizin torpaqlarınızı yenə də işğal edəcəklər.

Zərif bir twitter müraciətində yazıb: Trampın işğal olunmuş Qüds barədəki ötənilki elanından sonra Suriyanın işğal olunmuş Qolan təpələri barədəki özbaşına elanı ərəb və müsəlman xalqlarına bir xəbərdarlıqdır.

Məhəmməd Cavad Zərif öz twitt-inin sonunda "gəlin, müttəfiq olaq"(#LetUsUnite) haştaqından istifadə edib.

Tramp martın 25-də beynəlxalq qanunlara zidd gedib, BMT Təhlükəsizlik Şurasının qətnamələrini birbaşa şəkildə pozaraq, bir fərman imzaladı ki, ona əsasən, Vaşinqton sionist rejimin Suriyanın işğal olunmuş Qolan yüksəkliklərinə hakmiyyətini rəsmən tanıyır.

Trampın bu hərəkəti beynəlxalq səviyyədə pislənibdir.

Sionist rejim 1967-ci ildə Qolan yüksəkliklərində Suriya ərazisinin təxminən 200 kvadrat-kilometrini işğal etdi və daha sonra bu məntəqəni işğal edilmiş ərazilərə əlavə etdi. Beynəlxalq ictimaiyyət bu anneksiyanı heç vaxt tanımayıbdır.

Teqlər