Apr 09, 2019 11:23 Asia/Baku
  • Laricani: ABŞ dünyada hərbi və iqtisadi terrorizmin simvoludur
    Laricani: ABŞ dünyada hərbi və iqtisadi terrorizmin simvoludur

İran İslam Şurası Məclisinin sədri: ABŞ hökuməti və bu ölkənin silahlı qüvvələri hərbi və iqtisadi baxımdan beynəlxalq terrorizmin simvoludur.

İRİB-nin bildirdiyinə görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün parlamentin plenar iclasında İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın regionda terrorizm ilə mübarizədəki roluna işarə edərək, dedi: İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ı terrorçu adlandırmaq ABŞ hökumətinin düşmənçiliyi və cəhalətinin nə qədər dərin olduğuna dəlalət edir. 

Laricani İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın müqəddəs müdafiə dövründə vətəni, xalqı və İslam İnqilabını müdafiə sahəsindəki qabarıq roluna işarə edərək, dedi: Sepah savaş meydanında fədakarlıqlar etdi. Bütün dünya qüdrətlərinin Səddam rejiminin kənarında durduğu bir zamanda və son illərdə ABŞ-ın yetirməsi olan terrorçuların regiona hücum etdiklərində düşmən qarşısında dayanan, terrorçular ilə mübarizə aparan Sepah olub. 

İran İslam Şurası Məclisinin üzvləri də simvolik bir hərəkətdə Sepah-ın yuniformasını geyiniblər. Həmçinin, parlamentin plenar iclasının əvvəlində millət vəkilləri ABŞ-ın son hərəkətinə etiraz olaraq "Amerikaya ölüm" şüarı veriblər. 

Teqlər