Apr 09, 2019 13:22 Asia/Baku
  • İranın təhlükəsizlik naziri: Sepah İran xalqının daimi himayəsinə malikdir
    İranın təhlükəsizlik naziri: Sepah İran xalqının daimi himayəsinə malikdir

İranın təhlükəsizlik naziri İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın ictimai bazaya malik olduğunu deyərək, İran xalqının bundan sonra da Sepahı himayə edəcəyini vurğuladı.

İranın Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, Mahmud Ələv ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın adını terrorçu qruplar siyahısına daxil etməsini kəskin formada tənqid edərək, dedi: ABŞ-ın bu hərəkəti İslam İnqilabı və İranın inqilabçı xalqı ilə düşmənçilinin nə qədər böyük olduğunu göstərir.

İranın təhlükəsizlik naziri ABŞ-ın bu kimi hərəkətlərinin heç bir təsirə malik olmayacağını deyərək, bildirdi: İranın təhlükəsizlik strukturu birlik və yekdillik ilə daim düşmənin fitnələrini zərərsizləşdirir.

Teqlər