Apr 09, 2019 14:49 Asia/Baku
  • İnqilab Rəhbəri: ABŞ-ın Sepah-a qarşı rəftarının heç bir nəticəsi olmayacaq
    İnqilab Rəhbəri: ABŞ-ın Sepah-a qarşı rəftarının heç bir nəticəsi olmayacaq

İslam İnqilabının Böyük Rəhbəri ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-a qarşı düşmənçiliyinin səbəbini, Sepah-ın İslam İnqilabını və İranı müdafiədə öncül olması adlandırıb və deyiblər: ABŞ və nadan düşmənlər 40 ildir ki, İslam Respublikasına qarşı əllərindən gələni edirlər. Amma, heç bir qələt edə bilməyiblər.

Həzrət Ayətullah Xamenei bazar ertəsi günü axşam şiələrin birinci imamı həzrət İmam Hüseynin(ə) mövludu münasibətilə Sepah ailəsinin üzvləri ilə görüşdə İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ı müxtəlif səhnələrdə düşmən ilə mübarizənin ön xəttində duran önəmli bir qrum adlandırıb və deyiblər: Sepah istər sərhədlərdə, və ya sərhədlərdən minlərlə kilometr uzaqda xanım Zeynəbin(s) hərəminin ətrafında düşmən ilə mübarizə meydanında, istər siyasət meydanında öncüldür.

İnqilab Rəhbəri Amerikalıların Sepah-a qarşı düşmənçiliyinin səbəbini elə bu adlandırıb və deyiblər: Amerikalılar Sepah-a, əslində isə İran və İslam İnqilabına qarşı plan hazırladıqlarını təsəvvür edirlər. Amma, bu xəbisliyin heç bir nəticəsi olmayacaq və öz qazdıqları quyuya düşəcəklər. İran İslam Respublikasının düşmənləri o cümlədən Tramp və Amerikaya hakim kəsilmiş quruluşu bürüyən axmaqlar deprivasiyaya doğru hərəkət etməkdədirlər.

O həzrət İslam Respublikasına qarşı 40 illik fitnələrə rəğmən İslam İnqilabının irəliyə doğru h ərəkət etməsini amerikalıların İran xalqını dayandırmaqdan aciz olmasının nişanəsi adlandırıb və deyiblər: 40 ildir ki, İran xalqına qarşı hərtərəfli siyasi, iqtisadi və media təzyiqləri həyata keçirirlər. Amma, İslam İnqilabının hələ yeni formalaşdığı gündə belə, heç bir qələt edə bilmədilər.

Həzrət Ayətullah Xamenei İran İslam Respublikasının regionda üstün qüdrət olduğuna işarə edərək, deyiblər: Düşmənlərin təsəvvürlərinin əksinə olaraq, bu gün İslam quruluşunun gücü atom bombasından qaynaqlanmırş Çünki, biz ilk başdan nüvə silahının dini inanclarımıza zidd olduğunu elan etmişik. Və ona ehtiyacımız da yoxdur. Buna görə də İran xalqının bu günkü gücü və izzəti müqavimət, fədakarlıq və bəsirət üzündədir.

İslam İnqilabının Böyük Rəhbəri bu şərəfli yolda irəliyə doğru hərəkəti davam etdirməyin başlıca şərtini nə etmək lazım gəldiyini bilmək və ona əməl etmək adlandırıb və deyiblər: Heç şübhəsiz İnqilab irəliyə doğru hərəkətini davam etdirəcək. Amma, Sepah-dan tutmuş bütün silahlı qüvvələrə və dövlət qrumlarına kimi hər bir vətəndaş xüsusilə gənclər bu yolda üzərinə düşən rolun nə olduğunu bilməli və İmam Xomeyni(rə) kimi ilahi övliyaları nümunə qərar verərək, üzərlərinə düşən vəzifəyə Allah üçün və Allah yolunda əməl etməlidirlər.

Teqlər