Apr 15, 2019 14:46 Asia/Baku
  • İnqilab Rəhbəri: Bəzi islami ölkələrin başçıları Amerikanın və sionistlərin nökəridirlər
    İnqilab Rəhbəri: Bəzi islami ölkələrin başçıları Amerikanın və sionistlərin nökəridirlər

İslam İnqilabının Böyük Rəhbəri bu gün Beynəlxalq Qurani-Kərim Müsabiqəsinin iştirakçıları ilə görüşdə deyiblər: Bəzi islami ölkələrin başçıları Quranın göstərişlərinə əməl etmirlər və Amerikanın və sionistlərin nökəridirlər.

Həzrət Ayətullahuluzma Xamenei bu görüşdə vurğulayıblar ki, Qurana əməl etmək dünyada şirin həyat tərzi, birlik, qüdrət, inkişaf, rifah və izzətə zəmin yaradır və axirətin səadətini təmin edir. O həzrət sonra belə qeyd ediblər: Bəzi islami ölkələrin başçıları Suriya və Yəmən müharibələri və müsəlman xalqın qırğını kimi müharibələr və ixtilaflara zəminyaradan olublar.

Həzrət Ayətullahuluzma Xamenei İslam Ümmətinin və bəşəriyyətin bir çox probleminin Quran maarifinə əməl etməmək səbəbindən yarandığını vurğulayaraq, əlavə ediblər: Bu gün Allah-Taalanın lütfü ilə İran İslam Respublikasında xalqın, xüsusən gənclərin Quran maarfinə rəğbət göstərmələri və bu maarifə söykənmələri islami quruluşun səadəti, qüvvəti və izzətinə səbəb olacaqdır.

İslam İnqilabının Böyük Rəhbəri Qurana əməl etməyə lazım olan məsələni Allah-Taalanın yad edilməsi və ilahi təqva adlandırıblar və təqvanın yüksək dərəcəsində duran insanlar kimi şəhidlərə işarə edərək, deyiblər: Bzim şəhidlər İran xalqına bir çox dərslər veriblər ki, onun bariz nümunəsi, seldənzərərçəkən məntəqələrə yardım üzrə böyük xalq hərəkəti kimi nadir bir fenomendir.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin İran İslam Respublikasına qarşı düşmənçiliklərə işarə edərək, vurğulayıblar: Hərçənd düşmənçiliklər və onların həcmi və şiddəti keçmişdəkindən daha çox nəzərə gəlir, amma bu hərəkət və fitnələr düşmənlərin İran İslam Respublikası ilə düşmənçiliklərinin son nəfəsləridir.

Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: Hər nə qədər düşmənlər İran xalqına qarşı daha artıq əməl şiddəti göstərər və sərtlik edərlər və İran xalqının Quran maarifinə sədaqətindən daha çox əsəbiləşərlərsə, əvəzində bu xalq daha da güclü və qüdrətli olacaq və özünün Qurana söykənməsini daha da artıracaqdır.

Teqlər