Apr 16, 2019 15:38 Asia/Baku
  • General Cəfəri Sepah-a dəstəyə görə təşəkkür edib
    General Cəfəri Sepah-a dəstəyə görə təşəkkür edib

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı amerikalıların axmaqcasına hərəkətləri qarşısında Sepah-a dəstək verdiklərinə görə, İranın xalqı; ölkə və ordu üzrə məsul şəxsləri; hövzəvi, universitet və siyasi şəxsiyyətlərinə təşəkkür edib.

General-mayor pasdar Mohəmməd Əli Cəfəri İranın ölkə və ordu üzrə məsul şəxsləri; hövzəvi, universitet və siyasi şəxsiyyətlərinə ünvanladığı məktublarda bildirib: Amerika rejiminin avantürist prezidentinin və onun ətrafındakı ekstremistlərin İslam İnqilabı Keşikçiləri Korpusunu dünyanın terrorçu təşkilatları sırasında qərar vermək üzrə axmaqcasına və qanunsuz hərəkətləri onların, regiondakı məğlubiyyətlərindən əsəbiləşmələri və küdurətlərinin məhsuludur.

General Cəfəri bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusu İran xalqının himayələri, baxış tərzi və dərin dərkini özü üçün böyük bir sərmayə bilir. O, vurğulayıb: İslam İnqilabı Keşikçiləri Korpusu xüsusən milli təhlükəsizliyin qorunması, müdafiə və regional qüdrətin yüksəldilməsi, Amerikanın terrorçuyetişdirən və şər hökuməti daxil olmaqla düşmənlərə qarşılıqlı cavab sahəsində öz vəzifə və tapşırıqlarını İslam İnqilabının Böyük Rəhbəri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullahuluzma Xameneinin fərmanları və tədbirləri altında qətiyyətlilik və ciddiliklə yerinə yetirəcəkdir.

Teqlər