Apr 18, 2019 13:14 Asia/Baku
  • Tezliklə İran ordusunun yeni nailiyyətlərinin təqdimatı olacaq

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı bildirib ki, qarşıdakı günlərdə ordunun yeni nailiyyətlərinin təqdimatı olacaq.

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı Kiyumərs Heydəri sonra belə deyib: Bu gün İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının bir neçə yeni nailiyyəti nümayiş etdirildi və qarşıdakı günlərdə də bu qüvvələrin yeni nailiyyətlərinin digər bir hissəsinin təqdimatı olacaqdır.

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı həmçinin deyib: Ordu ehtimal olunan təhdid və təhlükənin baş verəcəyi təqdirdə var gücü ilə düşmənlərə cavab verməyə hazırdır.

Ordunun hava qoşunlarının komandanı aviasiya generalı Əziz Nəsirzadə də ordu günü münasibətilə Tehranda keçirilən paradın kənarında "Kosər" tipli yerli qırıcıların nümayiş hərəkətləri barədə belə söyləyib: Kosər-in bugünkü nümayişi həm qırıcı təyyarənin düzəldilməsində sənaye mühəndislərinin nümunəvi qabiliyyətləri, həm də iranlı pilotların yüksək manevr qüdrəti ilə misilsiz məharətlərini göstərdi.

İran ordusunun dəniz qoşunlarının komandanı kontr-admiral Hoseyn Xanzadi də bu mərasimdə Amerika hökumətinin İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah barədəki nümayişkaranə hərəkəti barədə deyib: İranın silahlı qüvvələri vahid bir məcmuədir və quru, hava və dənizdə onların arasında heç bir fərq yoxdur. Onlar çiyin-çiyinə çalışaraq, müxtəlif məntəqələrdə İranın maraqlarını təmin edirlər.

Xanzadi əlavə edib: Tezliklə İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının mehvərliliyi ilə Hind okeanı kənarındakı ölkələr arasında manevrin keçirilməsinin şahidi olacağıq.

Teqlər