Apr 19, 2019 19:03 Asia/Baku
  • Ötən bir ildə 114 təkfirçi dəstə ilə mübarizə aparılıb
    Ötən bir ildə 114 təkfirçi dəstə ilə mübarizə aparılıb

İranın təhlükəsizlik naziri deyib: Ötən bir ildə 114 təkfirçi dəstə, 116 münafiqlərlə bağlı banda, dörd əks-inqilabçı dəstə, 380 narkotik maddələr üzrə qaçaqmalçı banda ilə mübarizə aparılıb və 188 əməliyyat dəstəsinin əməliyyatı zərərsizləşdirilibdir.

İranın təhlükəsizlik naziri Seyyed Məhmud Ələvi bu gün Tehranın cümə namazı xütbələrindən öncəki çıxışında əlavə edib: İranın cənub-qərbində də dörd terror amili çoxlu sayda silah və sursatla həbs edilibdir.

İranın təhlükəsizlik naziri söyləyib: Əcnəbi xidmətlərin İranda bəzi şəxslərlə casus kimi həmkarlıq üzrə səyləri kimi çoxlu sayda hal aşkar edilərək, zərərsizləşdirilibdir.

Ələvi İranın Təhlükəsizlik Nazirliyinin Amerika Mərkəzi Kəşfiyyat İdarəsi- MKİ ilə qarşılaşma üzrə hərəkətlərinə toxunaraq, deyib: İran daxil olmaqla müxtəlif ölkələrdə yüzlərlə casus aşkar edilib və dost ölkələrin kəşfiyyat xidmətlərilə informasiya mübadiləsi sahəsində informasiyalar onların ixtiyarına verilib və müxtəlif ölkələrdə MKİ amilləri aşkar edilərək, həbs olunublar.

Teqlər