Apr 20, 2019 08:04 Asia/Baku
  • Suriya məclisinin sədri möhkəm Dəməşq-Tehran əlaqələrini vurğulayıb
    Suriya məclisinin sədri möhkəm Dəməşq-Tehran əlaqələrini vurğulayıb

Suriya milli məclisinin sədri Dəməşq-Tehran münasibətlərini dostcasına adlandıraraq, deyib: Biz bütün sahələrdə İran İslam Respublikası ilə möhkəm və səmimi əlaqələrə malik olmağı alqışlayırıq.

Suriya milli məclisinin sədri Həmudə Əlsəbbağ dünən gecə Bağdadda İran İslam Şurası Məclisinin üzvü Əlaəddin Borucerdi ilə görüşdə deyib: Suriya və İran terrorizmlə mübarizədə bir-birilərinin şərikləri idilər və hazırda da ümid edirik ki, terrorizmdən irəli gələn xarabalıqların bərpası mərhəsində İran Suriyaya dəstək olacaq və bu sahədə əsas rol oynayacaq.

Əlsəbbağ İran xalqına qarşı zalımcasına sanksiyaların tətbiqini Suriyanın dövləti və xalqı tərəfindən dəyərsi sayaraq, deyib: Biz İranla möhkəm və yaxın əlaqələrə malik olmağa israr edirik.

Suriya milli məclisinin sədri İran İslam Şurası Məclisinin sədri Əli Laricani tərəfindən bu gün Bağdadda keçiriləcək İraqla qonşu ölkələrin parlamentlərarası konfransında iştirak edəcək Borucerdiyə xitabən ümidvarlıq edib ki, iki tərəf bu iclasda İslam Dünyası və regionun ən mühüm mövzuları və problemlərini qaldıra biləcəkdir.

Əlaəddin Borucerdi də bu görüşdə Suriyanın bərpası üçün İranın bu ölkəyə yardım etməyə hazır olduğunu vurğulayıb.

İraqla qonşu ölkələrin parlamentlərarası konfransı bu gün İran, Küveyt, səudiyyə, İordaniya, Suriya və Türkiyəyə şamil olan İraqla qonşu ölkələrin parlament sədrlərinin iştirakı ilə Bağdadda keçirilməlidir.

Teqlər