Apr 21, 2019 16:32 Asia/Baku
  • İran Şri-Lankanın xalqı və hökumətinin kədəri ilə bölüşüb

İran Xarici İşlər Nazirliyinin sözçüsü Şri-Lankada həyata keçirilmiş terror əməliyyatını pisləyərək, həlak olanların ailələri, həmçinin bu ölkənin hökuməti və xalqının kədəri ilə bölüşüb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Musəvi Şri-Lankanın paytaxtı Kolomboda keçirilmiş terror əməliyyatına toxunaraq, deyib: Bugünkü cinayət bir daha göstərdi ki, mənfur terrorizm fenomeni hər cür sərhəd, irq və dindən asılı olmayaraq, beynəlxalq bir problemə çevrilibdir.

Musəvi vurğulayıb: Terrorizmin kökü yalnız bütün ölkələrin polad iradələri və bütün imkanlardan istifadə ilə, eləcə də onunla ikili rəftarlar olmadan kəsilməlidir.

Teqlər