Apr 21, 2019 20:36 Asia/Baku
  • İranın Silahlı Qüvvələrin Ali Baş Komandanı Sepahın yeni komandanını təyin ediblər

İranın Silahlı Qüvvələrin Ali Baş Komandanı General Hüseyn Səlamini İslam İnqilabının Keşikçiləri Korpusunun baş komandanı vəzifəsinə təyin ediblər.

İslam inqilabının böyük rəhbərinin informasiya portalının bu gün verdiyi məlumata görə, İranın Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullahül-üzma Xamenei bir fərmanda  General Palkovnik Məhəmmədəli Cəfərinin Sepahın komandanı olduğu müddətdəki dəyərli xidmətlərini yüksək qiymətləndirərək General Hüseyn Səlamini General Palkovnik rütməsinə yüksəldərək onu İslam İnqilabının Keşikçiləri Korpusunun baş komandanı vəzifəsinə təyin ediblər.

İranın Silahlı Qüvvələrin Ali Baş Komandanının fərmanında Sepahın yeni komandanına xitabən deyilir: Qabiliyyətlərin bütün sahələrdə yüksəldilməsi, bütün istiqamətlərdə hazırlığın eləcə də Sepahın gövhəri olan təqva və bəsirətin gücləndirilməsi, General Cəfərinin dövründə üzərində işlənilmiş mənəvi əsaslar və profesional qabiliyyətlər üzərində idarəetmə və mədəni yüksəlişin genişləndirilməsinin yeni komandanın yenilikləri ilə daha da artacağı və Sepahın özünün təkamül yolundakı hərəkəti uğrunda böyük addımlar atacağı gözlənilir.

Teqlər