Apr 22, 2019 13:56 Asia/Baku
  • İran və Pakistan müştərək sürətli reaksiya qüvvələrinin yaradılması barədə razılaşıblar
    İran və Pakistan müştərək sürətli reaksiya qüvvələrinin yaradılması barədə razılaşıblar

İran və Pakistan sərhədlərdə terrorçularla mübarizə üçün müştərək sürətli reaksiya qüvvələrinin yaradılması barədə razılaşıblar.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Tehranda Pakistanın baş naziri İmran xanla birgə mətbuat konfransında deyib: İki ölkə sərhədlərinin təhlükəsizliyi məsələsi bizim problemlərimizdən digər birisi idi. Razılaşdıq ki, iki ölkənin təhlükəsizlik həmkarlıqlarını artıraq və terrorizmlə mübarizə üçün müştərək sərhədlərdə müştərək sürətli reaksiya qüvvələri təşkil edək.

Ruhani əlavə edib: İran Pakistanın neft ehtiyaclarını təmin etməyə və əlbəttə, bundan qabaq İran tərəfindən həyata keçirilmiş qaz boru kəmərinin təkmilləşdirilməsi ilə bağlı lazımi addımları atmağa hazırdır.

İran Milli Təhlükəsizlik Ali Şurasının sədri belə qeyd edib: İran, Pakistan və Türkiyə EKO-nun təsisçiləri olublar. Bu üç ölkənin əlaqələri keçmişdə yaxşı olubdur. Üç ölkə əlaqələrinin bu gün də inkişaf etməsini, həmçinin Avropanı Asiyaya və Çinə qovuşdurması üçün Türkiyə-Pakistan dəmiryolunun genişləndirilməsini istəyirik.

Bu görüşdə İran ilə Pakistan arasında səhiyyə sahəsində üç əməkdaşlıq sənədi imzalanıb.