Apr 22, 2019 18:08 Asia/Baku
  • Kontr-admiral Xanzadi: Əcnəbilərin bölgədə iştiraklarına heç bir ehtiyac yoxdur
    Kontr-admiral Xanzadi: Əcnəbilərin bölgədə iştiraklarına heç bir ehtiyac yoxdur

İran ordusunun dəniz qoşunlarının komandanı deyib: Çinin Sakit Okeandakı və İranın Hind okeanının şimalındakı dəniz qüdrətləri imperialist qüdrətlərin bu dəniz məntəqələrini tərk etmələrinə gətirib çıxaracaq.

Kontr-admiral Hoseyn Xanzadi bu gün Çinin Tsindao şəhərində Çin dəniz qüvvələrinin təsis edilməsinin 70-ci ildönümü günü iclasının kənarında bu ölkənin dəniz qoşunlarının komandanı Tsen Tsin Lan ilə görüşdə əlavə edib: Bu gün Çin vasitəsilə Sakit Okeanda və İran vasitəsilə Hind okeanının şimalında dəniz sivilizasiyasının oyanışının şahidiyik və əcnəbilərin bu bölgələrdə iştiraklarına heç bir ehtiyac yoxdur.

İran ordusunun dəniz qoşunlarının komandanı iki ölkənin okeanlar və dənizlərdə ortaq sərhədlərə malik olduğunu bildirərək, əlavə edib: Bu ortaq sərhədlərdən bəhrələnməklə yaxın gələcəkdə müxtəlif mövzularda iki ölkə arasında daha artıq anlaşma və həmkarlıq yaratmaq olar.

Çin dəniz qoşunlarının komandanı Tsen Tsin Lan da bu görüşdə ölkəsinin İranla əməkdaşlıqları genişləndirməyə hazır olduğunu bildirərək, deyib: Hər iki ölkənin eskadralarının bir-birilərinin limanlarında iştirakı bu əlaqələrdə sürətlənməyə səbəb olacaq və Çin daim bu məsələni alqışlayır.

İran ordusunun dəniz qoşunlarının komandanı Çin dəniz qüvvələrinin təsis edilməsinin 70-ci ildönümü günü iclasında iştirak etmək üçün öz çinli həmkarının dəvətilə şənbə günü bu ölkəyə səfər etdi.

Teqlər