Apr 22, 2019 20:05 Asia/Baku
  • İnqilab Rəhbəri: İran-Pakistan əlaqələri düşmənlərin meyllərinin əksinə olaraq, güclənməlidir
    İnqilab Rəhbəri: İran-Pakistan əlaqələri düşmənlərin meyllərinin əksinə olaraq, güclənməlidir

İslam İnqilabının Böyük Rəhbəri İran və Pakistan xalqlarının əlaqələrini səmimi və dərin əlaqələr adlandıraraq, vurğulayıblar: İki ölkə əlaqələri düşmənçiliklərə rəğmən, daha da möhkəmləndirilməli və gücləndirilməlidir.

Həzrət Ayətullahuluzma Xamenei bu gün axşam Pakistanın baş naziri İmran xan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə iki ölkə sərhədlərindəki təhlükəsizlik məsələlərini mühüm adlandırıb və belə əlavə ediblər: Sərhədlərdə əmin-amansızlıq amili olan terror qrupları düşmənlərin pulları və silahları ilə təmin olunurlar və İran-Pakistan sərhədlərindəki təhlükəsizliyə qarşı hərəkətlərdə məqsəd, iki ölkə əlaqələrini bulandırmaqdır.

İslam İnqilabının Böyük Rəhbəri iki xalqın əlaqələrinin tarixi köklərinə toxunaraq belə qeyd ediblər: Hind yarımadasının izzəti və əzəmətinin yüksəlişi müsəlmanların ona hakimiyyəti dövründə olubdur və ingilis müstəmləkəçilərin bu mühüm məntəqəyə olan ən böyük zərbəsi, böyük İslam sivilizasiyasını məhv etmək olubdur.

O həzrət həmçinin Pakistan hökumətinin İrandakı son sel hadisəsilə bağlı yardımlarına görə təşəkkür edərək, İmran xanın İrana səfərinin Məşhəd şəhərindən və Həzrət Əli ibn Musa Əl-Riza(ə)-ın pak hərəmini ziyarətdən başlanmasını yaxşı bir əlamət sayaraq, ümidvarlıq ediblər ki, o həzrətin lütfkarlığı ilə bu səfər hər iki ölkə üçün faydalı və konstruktiv olacaq.

Pakistanın baş naziri İmran xan da bu görüşdə bəzilərinin Tehran-İslamabad əlaqələrinin daha da yaxınlaşmasını istəmədiklərini bəyan edərək, belə qeyd edib: Çalışırıq ki, iki ölkə əlaqələri daha da möhkəmlənsin və biz İran İslam Respublikası hökuməti ilə daimi əlaqədə olacağıq.

Pakistanın baş naziri həmçinin Hindistanın sərvətinin ən böyük qarətinin İngiltərənin bu ölkədəki dövrünə aid olduğunu bildirərək, əlavə edib: İngilislər Hindistanın bütün sərvətini talan ediblər, onun təhsil sistemini məhv və Hindistanı cəvahirnişanlı bir müstəmləkə adlandırıblar.