Apr 23, 2019 19:38 Asia/Baku
  • Zəngənə: Amerikanın İran neftinin ixracatını sıfıraendirmə röyası çin olmayacaq
    Zəngənə: Amerikanın İran neftinin ixracatını sıfıraendirmə röyası çin olmayacaq

İran İslam Respublikasının neft naziri Amerikanın İran neftinin alqısı barədə digər ölkələrə təzyiqləri və təhdidlərinə toxunaraq vurğulayıb: Amerikalılar əmin olsunlar ki, İran neftinin ixracatını sıfıraendirmə röyaları heç vaxt çin olmayacaqdır.

İranın neft naziri Bijən Namdar Zəngənə əlavə edib: Amerikalıların və müttəfiqlərinin İran nefti üçün alternativ tapa və onun boşluğunu doldura biləcəkləri barədəki bəyanatları bu kimi təhdidlərin kövrəkliliyini göstərir.

İranın neft naziri vurğulayıb: İran nefti barədə bəyanat yayanlar və onları müşayiət edən kəslər bilsinlər ki, bu kimi hərəkətlərin tüstüsü çoxlarının gözlərinə dolacaq, xüsusən ona görə ki, neft bazarı olduqca kövrək və proqnozedilməzdir.

Ağ Ev dünən bir bəyanatda bildirdi ki, Amerika prezidenti 2019-cu ilin mayında başa çatan İran neftinin satın alınmasının azaldılması ilə bağlı güzəştləri uzatmamaq qərarına gəlibdir.

Teqlər