Apr 24, 2019 12:44 Asia/Baku
  • Ərəbistan və əmirliklər unutmasınlar ki, İranın sayıqlığı sayəsində mövcuddurlar
    Ərəbistan və əmirliklər unutmasınlar ki, İranın sayıqlığı sayəsində mövcuddurlar

İranın qonşu ölkələrlə olduqca yaxşı və səmimi əlaqələrə malik olduğunu bildirən ölkə prezidenti deyib: Əlbəttə, bu arada iki ölkə- Ərəbistan və əmirliklər diqqət etməlidirlər ki, onların varlıqları və həyatda qalmaları İran İslam Respublikası hökumətinin sayıqcasına təfəkkürü sayəsində mümkün olubdur.

Həsən Ruhani İranın nazirlər kabinetinin iclasında Səddamın Küveytə hücumunu və Fars Körfəzi ətrafındakı ölkələri işğal etmək istəməsini xatırladaraq, əlavə edib: Səddamın niyyəti təkcə Küveytə hücum deyildi. O, Fars Körfəzi ətrafındakı ölkələri də işğal etmək istəyirdi və bu istəyi açıq şəkildə mərhum Ayətullah Haşemi-Rəfsəncaniyə məktubunda yazmışdı.

İranın Milli Təhlükəsizlik Ali Şurasını sədri fikirlərinə belə aydınlıq gətirib: Səddam həmin məktubda bildirmişdi ki, İraq və İran digər bir 800 kilometrlik ortaq sərhədə də malikdirlər. Məqsədi bu idi ki, Küveytdən sonra Ərəbistanı, əmirlikləri və Qətəri işğal etsin və bu hərəkət Omanadək davam etsin ki, bu yolla İranla müştərək sərhədə malik olmuş olsun. Hətta bildirmişdi ki, işğaldan sonra ərazilərin bir hissəsini İrana verəcək. Amma İran sayıqcasına hərəkətlərlə Ərəbistan və əmirliklərin işğal olunmalarına icazə vermədi.

Prezident Ruhani deyib: Ərəbistan və əmirliklərin məsul şəxsləri İran İslam Respublikasının müdrik hökumətinin bu böyük işini unutmamalıdırlar. Xüsusən ona görə ki, İran hətta Ərəbistan, əmirliklər, Fars Körfəzi Əməkdaşlıq Şurası və digərlərindən öncə Səddamın Küveytə hucumunu pislədi.

İran prezidenti çıxışının digər bir hissəsində 1359-cu günəş ili ordibeheşt ayının beşi, yəni 1980-ci il aprelin 25-də baş vermiş Təbəs tufanını xatırladaraq, həmin hadisəni böyük ilahi möcüzə adlandırıb və belə qeyd edib: Həmin hadisədə Allah-Taala öz iradəsilə Amerikanı məğlub etdi. Belə ki, beynəlxalq səviyyədə Amerika tarixində nadir bir biabırçılıq baş verdi.

Cənab Ruhani Birləşmiş Ştatların İranın neft ixracatı barədəki düşmənçilik hərəkətlərinə də toxunub və belə vurğulayıb: Amerika top-tüfənglə dünyanın neft bazarını öz ovcuna almağa qadir deyil. Bu təsəvvür, yanlış bir təsəvvürdür.