Apr 24, 2019 20:48 Asia/Baku
  • 
Zərif: Sanksiya İranın siyasətlərini dəyişməyəcək
    Zərif: Sanksiya İranın siyasətlərini dəyişməyəcək

İranın xarici işlər naziri deyib: İran İslam Respublikasının siyasətləri sanksiya və təzyiqlə dəyişməyəcək.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün "Nyu-York Asiya Cəmiyyəti"ndə ABŞ-ın dünya ölkələri qarşısındakı ikili siyasətlərini tənqid edərək, əlavə edib: Amerika prezidenti Donald Trampın nüvə anlaşmasından və digər beynəlxalq razılaşmalardan çıxması bais olub ki, daha ölkələr amerikalılara etimad etməsinlər.

Zərif bildirib ki. indiyədək MAQATE 14 hesabatda İranın nüvə anlaşmasındakı öhdəliklərinə sadiq qaldığını təsdiq edib. O, əlavə edib: Amerika rəsmiləri öz istəklərini ölkələrə diktə edə bilməzlər.

İranın xarici işlər naziri həmçinin bildirib ki, avropalılar Amerikanın nüvə anlaşmasından çıxmasından sonra bu anlaşmadakı vədlərinə əməl etməyiblər. O, deyib: İNSTEKS, İranın, icrasını gözlədiyi və avropalılar tərəfindən verilmiş vədlərin reallaşması üçün önşərt və ticarət üçün bir mexanizmdir.

Zərif Hörmüz boğazının bağlanması barədə də belə deyib: Fars Körfəzi dünyanın həyati damarıdır, amma İranın milli maraqlarının təmin olunacağı zamanadək Hörmüz boğazı açıq qalacaqdır.

İranın xarici işlər naziri Amerikanın İran neftinin ixracat yollarını bağlamağa çalışmasına toxunaraq, deyib: İran öz neftini satmağı davam etdirəcək, zira İran İslam Respublikasının öz müştəriləri var.

İranın diplomatiya idarəsinin başçısı vurğulayıb: Uzun bir tarix göstərir ki, İran heç vaxt təslim olmayacaq, zira İranın ləyaqəti satılası deyildir.