Apr 24, 2019 21:30 Asia/Baku
  • Salehi: İran və Çin ipək yolunu mədəniyyət adı altında bərpa etsinlər
    Salehi: İran və Çin ipək yolunu mədəniyyət adı altında bərpa etsinlər

İranın islami mədəniyyət və irşad naziri deyib: Çin və İran, mədəniyyəti öz sivilizasiya gövhəri bilən iki ölkə kimi ipək yolunu mədəniyyət adı altında bərpa etsinlər.

İranın islami mədəniyyət və irşad naziri Seyyed Əbbas Salehi bu gün Tehranda Çin səfiri Pan Sen ilə görüşdə əlavə edib: İranın ədəbi şah əsərlərinin çin dilinə tərcümə olunması, fars dili və ədəbiyyatı kurslarının təşkili, Çində iranşünaslıq cərəyanı, İranda Çin ədəbi dili kursu və Çin əsərlərinin İranda tərcümə olunması mədəni əlaqələrin genişləndirilməsi istiqamətində iki ölkənin gördüyü işlərdəndir.

Salehi həmçinin dünyada media sahəsinin önəminə işarə edərək, deyib: Qərbin media nəhəngləri cərəyanı öz baxışları ilə Şərq ölkələri barədə cüzi dərkə malikdirlər və Çin və İran mediaları müstəqil medialar kimi bir-birilə həmkarlıq edə bilərlər.

Çinin Tehrandakı səfiri Pan Sen də İranın Çini Tehran Beynəlxalq Kitab Sərgisinə xüsusi qonaq kimi dəvət etməsinə görə təşəkkür edərək, deyib: Çinin xüsusi qonaq kimi dəvət olunması İran və Çin arasındakı tarixi və mədəni əlaqələrdə təsirlidir və bu fürsətdən iki tərəfin mədəni mübadilələri və inkişafı üçün istifadə etmək lazımdır.

32-ci Tehran Beynəlxalq Kitab Sərgisi "Oxumaq, bacarmaq deməkdir" şüarı ilə aprelin 24-dən İmam Xomeyni(r.ə.) adına müsəllada başlanıb. Sərgi mayın 4-dək davam edəcək.