Apr 25, 2019 20:33 Asia/Baku
  • Ayətullah Safi Qolpayeqani: Müsəlman dövlətlər Səudiyyə Ərəbistanındakı müsəlmanların şəhadətinə susmamalıdırlar

Təqlid mərcələrindən olan Həzrət Ayətullah Safi Qolpayeqani bir müraciətdə bir qrup şiənin Ali Səud rejimi tərəfindən şəhid edilməsi münasibəti ilə başsağlığı verərək deyib: Müsəlman dövlətlər bu cinayətə qarşı öz insani vəzifələrini unutmamalıdırlar.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Ayətullah Safi Qolpayeqani bu gün bir müraciətdə müsəlmanların Səudiyyə rejimi tərəfindən şəhid edilmələrindən təəssüfləndiyini bildirib və deyib: Bu cinayət bu zalım rejimin qara keçmişində misilsizdir və bir qrup günahsız və məzlum gəncin şəhid edilməsi beynəlxalq qurumlar və hüquq müdafiəçiləri üçün utanc mənbədir.

Təqlid mərcəyi " Nəyə görə müsəlman dövlətlər bu vəhşiliyə qarşı susublar?" deyə müsəlman dövlətlərə müraciət edib.

Ayətullah Safi Qolpayeqani bildirib: Müsəlmanlar və müsəlman dövlətlər eləcə də digər xsalqlar susqunluğa son qoymalı və bu cinayəti pisləyərək öz insani vəzifələrini yerinə yetirməlidirlər.

Səudiyyə Ərəbistanı rejimi aprelin 23-də təhlükəsizlik bəhanələri adı altında 37 səudiyyə vətəndaşını edam etdi.

Teqlər