Apr 26, 2019 14:52 Asia/Baku
  • Amerikanın xəbis mahiyyəti Tramp hökumətinin hərəkətlərilə aşkar oldu
    Amerikanın xəbis mahiyyəti Tramp hökumətinin hərəkətlərilə aşkar oldu

Tehranın cümə namazı xitabətçisi Amerikanın ötən 40 il ərzində İran xalqına qarşı cinayətlərinə işarə edərək, deyib ki, Amerikanın mahiyyəti bu ölkənin xəbis prezidenti Donald Trampın hərəkətləri ilə məlum oldu.

Ayətullah Mohəmməd Emami Kaşani Tehranın buhəftəki cmüə namazı xütbələrində Amerikanın İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın adını terror qrupları siyahısına daxil etməsi və İran neftinin alıcıları üçün istisnaları uzatmamasını pisləyərək, əlavə edib: Amerikanın xəbiscəsinə hərəkətləri barədə mühakiməni dünya xalqlarının üzərinə qoymaq lazımdır.

Ayətullah Emami Kaşani vurğulayıb: Amerikanın İran xalqına qarşı fitnələri həmişəki kimi uğursuz qalacaq.

Tehranın cümə namazı xitabətçisi həmçinin ali-səudun 37 Ərəbistan vətəndaşını edam etməsini pisləyərək, deyib ki, bu hərəkət ali-səud və onun sionist rejim və Amerika kimi himayədarları üçün biabırçılıqdır.

Ayətullah Emami Kaşani ABŞ, ali-səud və sionist rejimi nəhs üçbucaq adlandırıb və bildirib ki, dünya xalqları Ərəbistan, sionist rejim və Amerikanı region xalqlarını qırdıqlarına və terrorizmi yaratdıqlarına görə, cinayətkar bilirlər.

Tehranlı namazqılanlar cümə namazını qılmazdan öncə şüarlar verərək, ABŞ, ali-səud və sionist rejimin cinayətlərini pisləyiblər.