Apr 30, 2019 12:43 Asia/Baku
  • Ruhani: İran neftinin ixracatına maneçilik amerikalıların yanlış qərarıdır
    Ruhani: İran neftinin ixracatına maneçilik amerikalıların yanlış qərarıdır

İran İslam Respublikasının prezidenti deyib ki, İran neftinin ixracatına maneçilik amerikalıların qeyri-düzgün və yanlış qərarıdır.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Tehranda nümunəvi iş bölmələri, iş qrupları və fəhlələrin dəyərləndirilməsi üzrə otuzuncu milli festival mərasimində əlavə edib: Amerika çalışır, ixracata təzyiq yolu ilə İranı öz nefini ixrac etməyə qoymasın ki, bu yolla İran İslam Respublikasının valyuta gəlirləri azalmış olsun.

 

İran İslam Respublikasının prezidenti bildirib ki, Amerika İranın bəzi məhsulların idxalatına olan ehtiyaclarının çoxalmasını istəyir. O, deyib: Fəhlələr hazırkı şəraitdə Amerika ilə mübarizənin ön xəttində dururlar.

Ruhani söyləyib: Amerikalılar gələcəkdə görəcəklər ki, İran neft ixracatını davam etdirəcək. O, əlavə edib: Bəzi ölkələr Amerikanın təzyiqləri qarşısında geri çəkildilər, amma İran, İslam İnqialbının qələbəsinin əvvəlindən bəri daim Amerikanın qarşısında dayanıbdır.

İran prezidenti vurğulayıb: Təzyiqlərin qarşısında dövlət və xalq bir-birinin kənarında durmalıdırlar, zira dövlətin bacarığı və gücü xalqın himayələri və fəhlələrin istehsaldakı barmaqları və qüdrətli qolları sayəsindədir və istehsal nə qədər çoxalarsa, xalqın rifahı da bir o qədər artar və iqtisadi qüdrət yüksələr.

 

دبیر: حسن پور 

 

 

Teqlər