May 05, 2019 21:39 Asia/Baku
  • General Səlami: İranın düşmənləri zahirdə heybətli, əslində isə zəifdirlər
    General Səlami: İranın düşmənləri zahirdə heybətli, əslində isə zəifdirlər

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı deyib: İranın düşmənləri heybətli və qüdrətli görünüşə malikdirlər. Amma zəifdirlər və media müharibəsi və psixoloji əməliyyatla daim özlərini təhlükəli və qorxunc göstərməyə çalışırlar.

General-mayor Hoseyn Səlami İranın təhlükəsizlik naziri Məhmud Ələvi ilə görüşdə əlavə edib: Təhlükəsizlik Nazirliyi və Sepah-ın təhlükəsizlik təşkilatı əzəmətli İslam İnqilabının və islami quruluşun görən gözləridirlər və tapşırıq meydanında bir-birilərini tamamlayırlar.

Sepah-ın baş komandanı vurğulayıb: Əgər bir cəmiyyət qüdrət potensialına malik olarsa, düşmənlər ona qarşı təcavüz cürətinə malik olmazlar.

İranın təhlükəsizlik naziri Məhmud Ələvi də bu görüşdə deyib: Bu gün Sepah-ın və Təhlükəsizlik Nazirliyinin köməyilə İranın təhlükəsizliyindəki təsiredici qüvvələr arasında qənaətbəxş həmkarlıq hökm sürür.

Teqlər