May 07, 2019 09:59 Asia/Baku
  • Rəhbəri: Şeytanlar və kafirlər üzərində qələbə çalmağın yeganə yolu müqavimətdir
    Rəhbəri: Şeytanlar və kafirlər üzərində qələbə çalmağın yeganə yolu müqavimətdir

İslam İnqilabının Böyük Rəhbəri: İran xalqının ötən 40 ildə artan izzəti və misilsiz inkişafı Qurana əməl etmək və müqavimət sayəsində olub. Və bu gün də şeytanlar və kafirlər üzərində qələbənin yeganə yolu müqavimətdir.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamenei bazar ertəsi günü Tehranda İmam Xomeyni(rə) hüseyniyəsində Ramazan ayı ərəfəsində təşkil edilmiş Quran ilə üns məclisində bu gün bəşəriyyətin və müsəlmanların başlıca ehtiyacını Quran maarifini dərk və ona əməl etmək adlandıraraq, hegemonçuluq, küfr və tağut ilə mübarizəyə, onlar qarşısında müqavimətə təkid ediblər. 

İnqilab Rəhbəri Quran qariləri, münacat oxuyanlar və məddahların iştirak etdiyi Quran ilə üns məclisində etdikləri çıxışda Quran maarifi ilə tanış olmamağı və ona əməl etməməyi İslam Dünyasının bu günkü problemlərinin qaynağı adlandırıb və deyiblər: Prezidentlik və şahlıq kürsüsündən xalqların başına çığıranlar o kəslərdirlər ki, Quran tam aşkar formada onlara qarşı mübarizənin aparılmasına təkid edir.

O həzrət bir neçə il öncə bəzi ölkələrdə başlanan islami oyanış hərəkatı və xalq üsyanlarına işarə edərək, dedilər: Bu hərəkət, onun qədrini bilmədikləri, Amerika və sionist rejimə etimad etdikləri üçün yatırıldı. Amma, İran Quran maarifi ilə dolu olan İmam Xomeyni(rə) sayəsində öz inqilabının qədrini başa düşdü və elə ilk gündən hegemonçu qüdrətlərə etimad etməyərək, onların qarşısında dayandı. 

İnqilab Rəhbəri çıxışının bir başqa hissəsində Quranı misilsiz bir incəsənət nümunəsi adlandırdı və dedi: İctimaiyyətin Quran ilə ünsiyyəti ictimaiyyətin dünya və axirət ilə bağlı məsələlərdə güclü və möhkəm olmasına səbəb olacaq. 

Teqlər