May 07, 2019 11:24 Asia/Baku
  • İran prezidenti Ramazan ayı münasibəti ilə islam ölkələri başçılarını təbrik etdi
    İran prezidenti Ramazan ayı münasibəti ilə islam ölkələri başçılarını təbrik etdi

İran İslam Respublikası prezidenti Həsən Ruhani islam ölkələri başçılarına ayrı-ayrılıqda müraciət ünvanlayaraq, mübarək Ramzan ayının gəlib çatması münasibəti ilə onları təbrik edib.

İran İslam Respublikası Prezident Administrasiyasının rəsmi internet səhifəsində yer alan məlumata görə, Həsən Ruhani islam ölkələri başçılarına ünvanlanmış müraciətdə mübarək Ramazan ayının gəlib çatmasını təbrik edərək, onlardan islam düşmənlərinin islamofobiya və İslam dininə qarşı fitnə və düşmənçilik siyasətinə qarşı mübarizə aparmağa dəvət edib. 

Həsən Ruhani öz müraciətində bildirib: Şübhəsiz islam ölkələri başçıları, din alimləri və ziyalıları ilahi rəhmət ayı olan Ramazan ayında İslam dininin ali ideyalarını əməldə təbliğ etməklə rəhmət dini olan İslam dini haqda aydın və doğru bir sima təqdim etməli, İslam düşmənlərinin İslam dininə qarşı düşmənçilik və İslamofobiya siyasətləri ilə mübarizə aparmalıdırlar. 

İran prezidenti daha sonra bildirib: Ümidvaram İlahi bərəkət ayı olan bu ayda bütün müsəlmanlar  ilahinin xeyr və bərəkətinə şamil olsunlar və Allahın köməkliyi habelə, həmrəylik və yekdillik ilə sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsinə daha artıq ümidvar olsunlar və bütün müsəlmanlar üçün daha yaxşı bir gələcək üçün səy göstərsinlər. 

Həsən Ruhani öz müraciətinin sonunda Allahdan islam ölkələri başçıları və müsəlmanlar üçün sağlamlıq və səadət arzu edib. 

İran İslam Respublikasında bu gün çərşənbə axşamı mübarək Ramazan ayının 1-i elan edilib. 

Teqlər