May 14, 2019 13:54 Asia/Baku
  • Xərrazi: Çoxvektorluluq Amerikanın hərəkətləri ilə məhv olmaq təhlükəsi qarşısındadır
    Xərrazi: Çoxvektorluluq Amerikanın hərəkətləri ilə məhv olmaq təhlükəsi qarşısındadır

İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri deyib: Çoxvektorluluq Amerikanın hərəkətləri ilə məhv olmaq təhlükəsi ilə üzləşir.

Seyyed Kəmal Xərrazi Parisdə keçirilən "Sülh naminə liderlər assambleyası" adlı ikinci illik yığıncaqda Qərb formasında çoxvektorluluq münasibətlərinin patologiyasını istəyib və təklif edib ki, modern çoxvektorluluğun formalaşması üçün kollektiv səylər həyata keçirilsin.

Xərrazi bildirib ki, bəzi ölkələr beynəlxalq hüquq normalarını pozmağı və beynəlxalq müqavilələrdən çıxmağı öz təmayüllərinin təmini yolu bilir və quldurluqla öz maraqlarını başqalarına qəbul etdirirlər.

İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri əlavə edib: Təəssüflər olsun ki, son illərdə böyük ölkələr öz hərbi hərəkətləri üçün lazım olan icazəni BMT-nin Təhlükəsizlik Şurasından ala bilməmələrinə rəğmən, bu şuradan kənar koalisiyalar yaradaraq, müxtəlif məntəqələrə hərbi müdaxilə edirlər ki, onun bir nümunəsi, Amerikanın və müttəfiqlərinin İraq, Liviya və Suriyaya hərbi müdaxilələridir.

Teqlər